“Fənərbağça” “Slaviya Praqa” ilə bacarmadı

saytların hazırlanması

Evə çatdırılma

“Fənərbağça” “Slaviya Praqa” ilə bacarmadı

İdman

20 Oktyabr 2026 23:27 76


UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin III turu çərçivəsində Türkiyənin "Fənərbağça" klubu evdə Çexiyanın "Slaviya Praqa" komandasını qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, İstanbulda keçirilən matç qollu heç-heçə ilə yekunlaşıb - 2:2.

Matçın 4-cü dəqiqəsində "Fənərbağça"nın futbolçusu Oğuz Aydın hesabı açaraq komandasını önə keçirib. 11-ci dəqiqədə Meyson Qrinvud fərqlənərək İstanbul təmsilçisinin üstünlüyünü iki topa çatdırıb. pizza

Lakin "Slaviya Praqa" təslim olmayıb. Cəmi dörd dəqiqə sonra - matçın 15-ci dəqiqəsində komandanın hücumçusu Lukas Provod fərqi azaldıb.

Qələbəni qorumağa çalışan "Fənərbağça" matçın son dəqiqəsində qapısında qol görüb. 90-cı dəqiqədə qonaqların yarımmüdafiəçisi Pavel Kaçor bərabərlik qolunu vuraraq komandasına bir xal qazandırıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!