Uğrunda bütün sərvətini satdığı qadın süni intellekt çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Uğrunda bütün sərvətini satdığı qadın süni intellekt çıxdı

Dünya

20 Oktyabr 2026 22:30 96


Braziliyada 49 yaşlı bir kişi sosial şəbəkədə tanış olduğu və evlənmək xəyalı qurduğu qadınla görüşmək üçün həyatının ən böyük səhvini edib.

“Yeni Sabah” xəbər verir ki, virtual aləmdə tanış olduğu qadının paylaşımlarına inanan şəxs bütün var-dövlətini sataraq 2 min kilometrdən çox məsafə qət edib.

Göstərilən ünvana çatdıqda isə onu acı sürpriz gözləyib. Məlum olub ki, aylarla ünsiyyətdə olduğu, uğrunda hər şeyindən keçdiyi qadın reallıqda mövcud deyilmiş. Profilin və fotoların tamamilə süni intellekt texnologiyası vasitəsilə yaradıldığı üzə çıxıb. pizza hut

Bütün əmlakını sataraq yad bir şəhərdə əliyalın qalan kişinin düşdüyü bu acınacaqlı vəziyyət sosial şəbəkələrdə kütləvi müzakirələrə səbəb olub. Hadisə virtual aləmdəki fırıldaqçılıq və süni intellektdən sui-istifadə halları ilə bağlı təhlükəni bir daha gündəmə gətirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!