Dünyanın ən uzun quyruqlu atı: Ona qulluq etmək 5 saat çəkir   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən uzun quyruqlu atı: Ona qulluq etmək 5 saat çəkir - FOTOLAR

Dünya

21 Oktyabr 2026 01:39 71


ABŞ-də yaşayan Ceni adlı at dünyanın ən uzun quyruqlu atı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Onun 4 metrdən uzun quyruğuna qulluq etmək isə saatlarla vaxt aparır.

“Yeni Sabah” xəbər verir ki, Ohayo ştatında yaşayan atın quyruğunun uzunluğu 4 metr 12,62 santimetrdir. Beləliklə, Ceni 19 ilə yaxın qorunan rekordu yeniləyib. Qeyd edək ki, atın əsl adı Mauntcoys Ays Prinsesdir. Ona Makkenzi Lou və Reyçel Estes sahiblik edir. Amerika Saddlebred cinsindən olan Ceni uzun və gözəçarpan quyruğu ilə seçilir.

Atın quyruğuna qulluq etmək xeyli zəhmət tələb edir. Sahibləri illərdir onun quyruğunun uzanmasına və sağlam qalmasına diqqət yetirirlər. Bu cinsin nümayişlərində uzun quyruq da arzuolunan xüsusiyyətlərdən sayılır. Toyuqlu pizza

Ceninin quyruğu təxminən ayda bir dəfə və ya ehtiyac yarandıqda yuyulur, sonra qurudulur və dolaşmaması üçün hörülür. Yuma, şampunlama, krem çəkmə, qurutma, darama və yenidən hörmə işləri ümumilikdə 4-5 saat çəkir.

Quyruğun çirklənməməsi və digər atların ayaqları altında qalaraq zədələnməməsi üçün xüsusi örtükdən də istifadə olunur.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!