Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

Sosial

10 Fevral 2022 09:43 501


Paytaxtdakı 179 nömrəli məktəbin fəaliyyəti fevralın 10-dan distant təhsil formasında davam etdiriləcək.

Yenisabah.az-ın məlumatına görə, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəbdə əyani tədris prosesinin 7 gün müddətinə distant təhsillə əvəz olunmasına qərar verilib.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. Pepperoni pizza

Qeyd edək ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar olaraq oktyabr ayından bu günə kimi BŞTİ-nin tabeliyindəki məktəblərdən 41-nin fəaliyyəti distant təhsil formasında davam etdirilib.

Onlardan 30-da məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb, əyani dərslər bərpa edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!