Bakıda əkizlər doğuş zamanı öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda əkizlər doğuş zamanı öldü

Hadisə

06 May 2021 00:10 1055


Bakıda doğuş zamanı əkizlər boğularaq ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Report”un Aran bürosuna körpələrin babası, Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini İmanov Əlisahib Balaşoğlu məlumat verib.

Ə.Balaşoğlunun sözlərinə görə, o, gəlini, 2000-ci il təvəllüdlü Nəcəfova Pərvanə Məhəmməd qızını doğuş vaxtına az müddət qaldığından Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıb. Bir neçə gün həkim nəzarətində qalan P.Nəcəfova bu gün səhər saat 09:00 radələrində qeysəriyyə əməliyyatına hazırlanıb. Lakin qeysəriyyə əməliyyatı saat 14:30 radələrində aparılıb. Cinsi oğlan olan əkizlər ana bətnində boğularaq ölüb. pizza sifarişi

Ə.İmanovun sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olub. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirdiyindən körpələr ana bətnində boğularaq ölüb. O, körpələrin ölümündə həkimləri günahlandırıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!