Bakıda "Gelandewagen" yandı - Fotolar

Bakıda
Okt 9, 2019 21:59
Oxunma sayı: 98

Bakının Xəzər rayonu ərazisində avtomobil yanıb.

"Yeni Sabah"  APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesində, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb.

Belə ki, 10-PP-222 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobil qəfildən alışmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub və yanğının qarşısı alınıb. Bununla belə, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Yenisabah.az