Bakıda gənc rusca danışdığı üçün döyülüb? - DİN-dən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gənc rusca danışdığı üçün döyülüb? - DİN-dən AÇIQLAMA

Hadisə

12 Avqust 2022 18:46 1412


Bakıda gənc rus dilində danışdığı üçün döyüldüyünü iddia edib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edilib ki, R.H. adlı şəxs telefonda anası ilə rusca danışarkən bir nəfər bıçaqla ona hücum edib. Sezar pizza

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, Ramana qəsəbə sakini, 18 yaşlı R.H-nin müraciəti polis tərəfindən araşdırılıb. Tərəflər arasında olan mübahisə rus dilində olan danışıqla əlaqəli olmayıb:

“Mübahisə şəxsi münasibətlərin pozulması zəminində baş verib. Daxil olan müraciət üzrə müvafiq polis bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!