Bakıda və Abşeron yarımadasında aylıq normadan 5 dəfədən çox yağıntı düşüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xidmətin sentyabrın 1-i saat 10:00-a olan məlumatına əsasən, ölkənin bəzi ərazilərində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağış leysan xarakterli və intensiv olub. pizza sifarişi
Bakıda və Abşeron yarımadasında 18-22 mm yağıntı qeydə alınıb. Bu isə aylıq normanın 300-524 faizinə bərabərdir. Şəhərətrafı ərazilərdə intensiv leysanla yanaşı, xırda dənəli dolu da müşahidə olunub.
Rayonlarda ən çox yağıntı Şahdağda qeydə alınıb – 51 mm. Bu, aylıq normanın 151 faizidir. Qusarda 28 mm, Qəbələdə 18 mm, Xızı, Xaltan və Şabranda 14 mm, Qrızda 13 mm yağıntı düşüb.
Bundan başqa, Xınalıq və Ağstafada 10 mm, Lerik və Oğuzda 8 mm, Zaqatala, Qax, Şəki və Balakəndə 7 mm, Qobustanda 5 mm, Qubada 4 mm, Lənkəran, Astara və Yardımlıda 3 mm yağıntı qeydə alınıb.
Bəzi yerlərdə külək də güclənib. Şimal-qərb küləyinin maksimal sürəti Neftçalada 20 m/s, Bakı və Abşeron yarımadasında, eləcə də Şirvanda 18 m/s, Culfada isə 17 m/s olub.
Aytac Əliyeva
Telegram kanalımız