“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə fərdi məsləhətçi seçilib.
“Yeni Sabah” xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, "Bakı Metropoliteni" QSC Asiya İnfrastruktur İnvestisiya Bankının “Maliyyə vəsaiti alan tərəflər üçün satınalma təlimatları haqqında Direktiv”nə uyğun olaraq fərdi məsləhətçilərin açıq rəqabətli seçim üsulunu həyata keçirib.
Bu istiqamətdə seçilmiş məsləhətçi olan Günel Səfərəliyeva ilə 1 il müddətinə müqavilə imzalanıb. Müqaviləyə əsasən, o, layihənin icrası üzrə menecer kimi xidmət göstərəcək. Müqavilənin ümumi dəyəri 108 000 manat təşkil edir. Məbləğə tətbiq olunan bütün vergilər, rüsumlar və məcburi ödənişlər daxildir. Yəni G.Səfərəliyevaya illik 108 min manat ödəniləcək ki, bu da aylıq təqribən 9 min manat edir. Sezar pizza
Xatırladaq ki, bu il Azərbaycan Respublikası Hökuməti ilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi və “Bakı Metropoliteni” QSC ilə AİİB arasında “Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə layihə sazişi imzalanıb. 180 milyon ABŞ dolları məbləğində olan kredit sazişini Azərbaycan Hökuməti adından maliyyə naziri Sahil Babayev, layihə sazişini isə “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov imzalayıb. 4 il güzəşt müddəti olmaqla, ümumilikdə 20 il müddətinə imzalanmış sazişlər Bakı metropoliteninin modernləşdirilməsi və genişləndirilməsi üzrə uzunmüddətli proqramın ilk mərhələsinin icrasına imkan yaradacaq. Layihə çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisinin davam etdirilməsi, həmçinin Yaşıl xətt üzərində yerləşən 10 stansiyanın modernləşdirilməsi nəzərdə tutulur.
Telegram kanalımız