Azərbaycanda bankların 1 illik manat əmanəti faizləri açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bankların 1 illik manat əmanəti faizləri açıqlanıb

İqtisadiyyat

04 Noyabr 2026 14:21 26


Azərbaycan banklarında 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri məlum olub.

“Yeni Sabah” xəbər verir ki, ən yüksək gəlirlilik müddətin sonunda ödənilən faizlər üzrə Rabıtəbank (11%), AFB Bank (10.5%) və Xalq Bankda (10.5%) qeydə alınıb.

Aylıq faiz götürmək istəyənlər üçün ən yüksək təklif 10% ilə AFB Bank və Xalq Bank tərəfindən təqdim olunur. Onları 9.75% göstərici ilə Rabıtəbank və Bank of Baku izləyir. Toyuqlu pizza

İllik 10% və daha yüksək gəlir təklif edənlər: Rabıtəbank (aylıq 9.75% / sonunda 11%), AFB Bank (aylıq 10% / sonunda 10.5%), Xalq Bank (aylıq 10% / sonunda 10.5%), Bank of Baku (aylıq 9.75% / sonunda 10.25%), Bank VTB, Expressbank, Leobank, Yapı Kredi Bank və Ziraat Bank (sonunda 10%).

İllik 9% - 9.75% arası gəlir təklif edənlər: Bank Avrasiya (aylıq 9% / sonunda 9.75%), Yelo Bank (aylıq 9% / sonunda 9.5%), Premium Bank (aylıq 9% / sonunda 9.5%), Kapital Bank (aylıq 8% / sonunda 9.5%), TuranBank, AccessBank, Unibank və ABB (sonunda 9%).

İllik 7% - 8.5% arası gəlir təklif edənlər: Azər Türk Bank və Bank Respublika (aylıq 8% / sonunda 8.5%), PAŞA Bank (aylıq 7.5% / sonunda 7.75%), ASB Bank (aylıq 6% / sonunda 7%).

Qeyd edək ki, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12% təşkil edir və fiziki şəxslərin 100.000 AZN-dək olan əmanətləri dövlət tərəfindən sığortalanır.

PAŞA Bank üzrə qeyd olunan göstəricilər rəqəmsal depozitlərə şamil edilir. Kapital Bank-da isə 5000 AZN-dək olan əmanətlər filiallarda rəsmiləşdirildikdə faiz dərəcələri 1% aşağı hesablanır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!