Bakıda havanın temperaturu iqlim normasından aşağı olub   - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda havanın temperaturu iqlim normasından aşağı olub - FAKTİKİ HAVA

Sosial

14 May 2022 14:27 167


Mayın 14-ü saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib, lakin 13-ü günün birinci yarısında Lerikdə 5.0 mm, Culfada 2.0 mm, Naxçıvan, Şərur, Ordubadda 1.0 mm-dək yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, havanın temperaturu Bakıda iqlim normasından 1.0° aşağı olub.

Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, yağmursuz keçəcək. Lakin 16-sı gündüzdən 17-si səhərədək şimal-qərb küləyinin güclənəcəyi, 16-sı səhər saatlarında arabir yağış yağacağı gözlənilir.
Bölgələrdə də 15-i axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 17-si gündüzədək arabir yağıntılı olacağı gözlənilir. pizza

Çaylarda sululuğun artacağı ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!