Bakıda kuryerlər tətil çağırışı ediblər.
Yenisabah.az xəbər verir ki, “Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi ötən gün işə çıxmayıb. Onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar.
İşçilərin verdiyi məlumata əsasən, “Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb. pizza
Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var.
Telegram kanalımız