Bakıda kuryerlərin etiraz motoyürüşü olub

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kuryerlərin etiraz motoyürüşü olub

Sosial

26 Aprel 2022 15:34 509


Aprelin 26-da "Bolt" və "Wolt" şirkətlərində kuryer olduqlarını bildirən şəxslər şəhərin mərkəzində motoyürüş təşkil ediblər. Onlar xidmət haqlarının az olduğunu və buna etiraz etdiklərini bildiriblər.
 

Bundan başqa, "Bolt" şirkəti ilə əməkdaşlıq etdiklərini deyən kuryerlər bu gün, aprelin 26-dan etibarən tətil elan ediblər. "Bunun neçə gün davam edəcəyi xidmət haqlarının qalxmasından və sifarişlərin düzəlməsindən asılıdır", - onlar vurğulayıblar.

Bir neçə gün əvvəl "Wolt" şirkəti ilə çalışan kuryerlərin də tətil elan etdikləri açıqlanmışdı. Onlar da xidmət haqqının az olmasından və sifarişlərin azlığından şikayətlənirdilər.

Məsələ ilə bağlı "Bolt" və "Wolt" şirkətlərindən, hələlik, hər hansı münasibət öyrənmək mümkün olmayıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!