Bakıda məmur arvadını döydü - Şok səbəb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məmur arvadını döydü - Şok səbəb

Kriminal

29 Sentyabr 2026 08:33 131


Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb.

"Yeni Sabahl" xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində qeydə alınıb. Dövlət qurumlarının birində mütəxəssis işləyən 49 yaşlı Firdovsi Muradov (şərti adla) yaşadıqları evdə arvadını əlləri və televizor pultu ilə döyərək, bir sıra xəsarətlər yetirib. Münaqişəyə səbəb isə qadının televizorun idarəetmə pultunu götürərək kanalı dəyişməsi olub. Bundan sonra tərəflər arasında sonu məlum zorakılıqla nəticələnən mübahisə başlayıb.

Faktla bağlı F. Muradov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb. pizza

Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq əldə olunub. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkən qadın isə şikayət və tələbinin olmadığını bilirib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və F. Muradov məsuliyyətdən azad olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!