Bakıda məşhur restoran sökülür

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur restoran sökülür

Sosial

17 May 2022 20:36 1664


Mərkəzi Nəbatat Bağında yerləşən “Şəki” restoranı sökülməyə başlanıb.

Yenisabah.az xəbər verir ki, restoranın söküntü prosesi 3 gün ərzində yekunlaşacaq.

Eyni zamanda Mərkəzi Nəbatat Bağında yerləşən laboratoriya binası, o cümlədən avtomobil qarajı və kafe də sökülüb. pizza

Ümumiyyətlə, indiyə qədər Mərkəzi Nəbatat Bağında qanunsuz fəaliyyət göstərən 10-a qədər tikili sökülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli qərarı ilə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı və Dendrologiya Bağı publik hüquqi şəxslər yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilib.APA

 

APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!