Bakıda polis COVID-19 pasportu olmayanları toya buraxmır - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda polis COVID-19 pasportu olmayanları toya buraxmır - Foto

Sosial

24 İyul 2021 22:14 1438


Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarından ibarət birgə monitorinq qrupları Bakı şəhərində toy məclisi təşkil edilən bütün restoranlarda yoxlama-nəzarət profilaktik tədbirlər həyata keçirir.

Yenisabah.az xəbər verir ki, COVID-19 pasportu olmayan şəxslər restoranlara buraxılmır.

Analoji tədbirlər paytaxtın bütün rayonlarında - Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər, Yasamal həyata keçirilib. Toyuqlu pizza

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a təsdiqləyiblər.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaqdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!