Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Qaradağ rayonu, Müşviqabad qəsəbəsi ərazisindən gecə saatlarında "Kamaz" markalı 56-BX-332, 56-BE-161, 56-BD-089, 56-BD-562, 56-BX-717 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə qanunsuz torpaq daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Qafar Ağayev Yenisabah.az-a bildirib ki, faktla bağlı akt tərtib olunub.
Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub. pizza sifarişi
Telegram kanalımız