Bakıda qəzalı binaların inventarizasiyasına başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qəzalı binaların inventarizasiyasına başlanıldı

Sosial

26 Aprel 2022 10:15 615


Bakı şəhərində qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq  Komissiya yaradılıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müvafiq Sərəncamına əsasən yaradılan Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib. 

Bu barədə "Yeni Sabah"a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Bildiirlib ki, komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanması təmin edilməsi tapşırılıb.
Sərəncamda Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb.

Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!