Bakıda restoranda dava - Müğənni sevgilisini döydü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda restoranda dava - Müğənni sevgilisini döydü

Hadisə

14 Noyabr 2025 08:37 2184


Bakıda müğənni oğlan restoranda sevgilisini döyüb.

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki "Həyat" restoranında baş verib.

Orada müğənni işləyən Nahid Qasımov (ad və soyad şərtidir) restorana müştəri kimi gələn Rəhimə adlı qadınla tanış olur. Bir müddət danışandan sonra onların arasında sevgi münasibətləri yaranır və onlar sevgili olurlar. Rəhimə Nahidə "iPhone 14" markalı telefon da hədiyyə edir. Bir müddətdən sonra onların arasında mübahisə yaranır və ayrılırlar. Sezar pizza

Hadisədən bir neçə gün sonra Rəhimə Nahidi görmək üçün yenidən onun müğənni işlədiyi restorana gəlib və özünə spirtli içki sifariş verib. Rəhiməni restoranda görən Nahid ona yaxınlaşıb salamlaşıb və yenidən oxumağa başlayıb. Rəhimə Nahid üçün də spirtli içki göndərib və hesabını özü ödəyib. Elə bu vaxt Nahidə restoranda müştəri olan digər qadın yaxınlaşıbr və ona musiqi sifariş verib.

Qadının Nahidlə səmimi rəftarını görən Rəhimə ona yaxınlaşaraq irad bildirib və ona hədiyyə verdiyi telefonu geri istəyib. Nahid əsəbiləşərək telefonu yerə çırparaq sındırıb, Rəhiməni isə döyüb.

Hadisə yerinə polis əməkdaşları gəlib və Nahid saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə isitintaqı dövründə tərəflər arasında barışıq elan olunduğundan işə xitam verilib, Nahid məsuliyyətdən azad olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!