Bakıda şagirdlərin yaxasına “Georgi lenti” taxılıb tədbir keçirilməsi ilə bağlı    AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda şagirdlərin yaxasına “Georgi lenti” taxılıb tədbir keçirilməsi ilə bağlı AÇIQLAMA

Sosial

07 May 2022 18:01 347


Bakı Şəhəri üzrə Təhsil İdarəsi 164 nömrəli orta məktəbdə 9 May - Qələbə Günü münasibətilə  şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb tədbir keçirilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 164 nömrəli tam orta məktəbdə 9 May gününə həsr edilən tədbir interaktiv dərs formatında məktəbin ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə yalnız sinif səviyyəsində təşkil edilib:

“Dərs zamanı çəkilmiş fotoşəkildə əks olunmuş atributlar bir sıra sosial media istifadəçiləri arasında narazılığa səbəb olub. Qeyd olunan məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılan təhlil zamanı müəyyən olunub ki, 9 May gününə həsr olunan bu tip dərslər məktəbdə müxtəlif illərdə də keçirilib. Bu dərslərdə əvvəlki illərdə istifadə olunmuş atributlar məktəbdə saxlanılıb və bu il də təkrar olaraq istifadə edilib.  pizza mizza

Məktəbin müəllimləri ilə söhbət zamanı onlar tədbirin sinifdaxili mahiyyət kəsb etdiyini və bunun məktəbdən kənarda bu qədər ciddi narahatlıq doğuracağını güman etmədiklərini bildiriblər”. 

“Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu tipli tədbirlərdə həssaslıqla qəbul edilə biləcək məsələləri müəllimlərin, eləcə də məktəb rəhbərliyinin diqqətinə çatdırıb.  
 
İctimaiyyətin ümumtəhsil müəssisələrində baş verən bu cür hallara diqqətlə yanaşmasına görə təşəkkürümüzü bildirir, eyni zamanda həssaslıq doğura biləcək mövzularda təhsilalanların müzakirə predmetinə çevrilməməsini xahiş edirik”, - deyə qeyd edilib.

Qeyd edək ki, Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May - Qələbə Günü tədbiri müzakirələrə səbəb olub. Tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb.

Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!