Bakıda taksi sürücüsü qəza törətdi, ağır yaralılar var
14 Yan 2020 18:08
297

Bakıda taksi sürücüsü qəza törətdi, ağır yaralılar var

Bakının Yasamal rayonunda iki nəqliyyat vasitəsi toqquşub, 3 nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi “Mercedes” markalı avtomobillə digər nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü Əsgərov Azər, 1989-cu il təvəllüdlü Rzayeva Aysel və  1984-cü il təvəllüdlü Əliyeva Fəridə ağır bədən xəsarətləri alıblar. 

Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti orta ağırdır.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər