Bakıda və Sumqayıtda güclü duman var - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda və Sumqayıtda güclü duman var - FAKTİKİ HAVA

Sosial

06 Mart 2023 15:12 412


Hazırda Bakı, Sumqayıt, Neft daşları və Çilov adasında duman müşahidə olunur və bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb. 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Yenisabah.az-a bildirib ki, martın 6-sı axşam saatlarından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq”.

Onun sözlərinə görə, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir: "Yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir: "Eyni zamanda cənub-şərq istiqamətli külək dənizdən rütubətli hava kütlələrinin sahilə doğru hərəkətini şərtləndirir. Bu da dumanın əmələ gəlməsinə səbəb olur".  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!