Bakıda daha bir həyət abadlaşdırıldı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir həyət abadlaşdırıldı - FOTOLAR

Sosial

24 İyun 2022 14:05 1208


Bu gün IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Yenisabah.az xəbər verir ki, yenilənmiş həyət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 1, Dadaş Bünyadzadə kücəsi  3 və 4 ünvanında 1000 nəfərdən çox sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. pizza sifarişi

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə müxtəlif idman qurğuları, uşaq meydançaları və şahmat meydançası salınıb. Eyni zamanda, ərazidə söhbətgahlar, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasadvə blokları tam təmir olunub, elektrik sistemi, qaz, su və istilik xəttləri yenidən qurulub. 

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı 100 ədədə qədər müxtəlif cinsli ağaclar və minlərlə kollar əkilib, yaşıllıq zolağı salınıb, daşsarmaşığı və digər sarmaşan birkilər əkməklə “yaşıl səddlər” (green barriers) yaradılıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!