Bakının bu ərazisi suyun altında qala bilər   - Xəbərdarlıq + Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu ərazisi suyun altında qala bilər - Xəbərdarlıq + Foto

Sosial

29 Yanvar 2022 17:22 8421


Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Qaradağ rayonundakı ekoloji vəziyyətlə (Binə ticarət mərkəzinin yerləşdiyi ərazi) ilə bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, ekspert sözügedən ərazidə qrunt sularının çoxalmasının təhlükəli vəziyyət yaratdığını deyib:

"Uzaqdan görünən Binə ticarət mərkəzidir. Ticarət mərkəzinin sağ və sol tərəfindən qrunt suları o dərəcədə artıb ki, ciddi tədbir görülməsə, bu gedişlə ərazi su altında qala bilər. Ərazi dəniz səviyyəsindən nisbətən aşağı olduğuna görə dəniz suyunun azalması bu tip yerlərdə qrunt sularının artmasına səbəb olur. Fonda görünən ərazi isə Xəzər dənizidir". Dördpendirli pizza

Ekspert əlavə edib ki, qrunt sularının artmasının qarşısı vaxtında alınmasa, ərazidəki (fotonun sağ tərəfində görünən) kompleks binalarda da gələcəkdə ciddi problemlər yaşana bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!