Bakının bu küçə və prospektlərində tıxac yarandı - Fotolar
12 Avq 2020 19:47
981

Bakının bu küçə və prospektlərində tıxac yarandı - Fotolar

"Hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin çoxluğu müşahidə olunur. Bu səbəbdən yollarda sıxlıq yaranıb".

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Aagentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

O bilirib ki, Ş.İ.Xətai prospekti-H.Əliyev prospekti istiqaməti, Tbilisi prospekti-hər iki istiqamət, M. Useynov-hər iki istiqamət, Z.Bünyadov-20 Yanvar dairəsi istiqaməti, Binəqədi şosesi-Binəqədi qəsəbəsi istiqaməti, Babək prospekti-H.Əliyev prospekti istiqaməti, K.Rəhimov küçəsi- Ş.İ.Xətai prospekti, A.Bakıxanov küçəsində sıxlıq müşahidə olunub.

"Sıxlıq səbəbindən qeyd olunan küçə və prospektlərdən keçən müntəzəm və ekspres marşrutlar üzrə avtobusların intervalında gecikmələr var", - deyə Mais Ağayev qeyd edib.

Bakının bu küçə və prospektlərində tıxac yarandı - Fotolar
Bakının bu küçə və prospektlərində tıxac yarandı - Fotolar
Bakının bu küçə və prospektlərində tıxac yarandı - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər