Bakının bu yollarında güclü tıxac var   - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu yollarında güclü tıxac var - Siyahı

Sosial

26 İyul 2021 09:38 1098


Hazırda yollardakı vəziyyət açıqlanıb.

Bakı Nəqliyyat Agentliyindən Yenisabah.az-a verilən məlumata görə, aşağıdakı yollarda sıxlıq müşahidə olunur:

- Bakı-Sumqayıt şossesində (Xırdalan dairəsinin tam yanından başlayaraq bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində) çox güclü sıxlıq müşahidə olunur); pizza hut

- Tbilisi prospekti- əsas yol və köməkçi yolda (20 Yanvar dairəsindən başlayaraq əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində) sıxlıq;

- Qara Qarayev prospekti- əsas yol və köməkçi yolda (Neftçilər metro stansiyasından başlayaraq Koroğlu metro stansiyası istiqamətində) sıxlıq;

- Babək prospektində (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqaməti) sıxlıq;

- Alı Mustafayev küçəsi- əsas yolda (Ziya Bünyadov prospekti istiqamətində) nisbətən sıxlıq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!