Bakının bu yollarında sıxlıq var – siyahı

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu yollarında sıxlıq var – siyahı

Sosial

21 Sentyabr 2026 17:53 67


Bakının bir sıra əsas küçə və prospektlərində hazırda nəqliyyat sıxlığı müşahidə olunur.

Bu barədə "Yeni Sabah"a  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən yollardakı vəziyyətlə bağlı məlumat verilib.

Sıxlıq olan ərazilər: pizza

Bakı-Sumqayıt şosesi – "Xırdalan" dairəsi istiqamətində;

Bakı-Sumqayıt şosesi – "20 Yanvar" metro stansiyası istiqamətində;

Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

Əbdülvahab Salamzadə küçəsi – "Qələbə" dairəsi istiqamətində;

"Qələbə" dairəsi – Mətbuat prospekti istiqamətində;

Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

Ziya Bünyadov prospekti – Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

Binəqədi şosesi – "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

Mikayıl Müşfiq küçəsi – "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində;

Koroğlu Rəhimov küçəsi – Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

Koroğlu Rəhimov küçəsi – Mirzə Qədim İrəvani küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;

28 May küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində;

Şəmsi Bədəlbəyli küçəsi – "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

Bakıxanov küçəsi – İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

Bakıxanov küçəsi – Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!