Bakıya qar yağacaq - Rayonlarda 18 dərəcə şaxta olacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıya qar yağacaq - Rayonlarda 18 dərəcə şaxta olacaq

Sosial

27 Yanvar 2022 08:23 20039


Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.

Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Pepperoni pizza

Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-6° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elcin
    Onsuzda əhalinin problemləri başından aşır birazda belə bəd xəbərləri yazmaqla problem yaradırsız.
    4 years ago