“BakuBus” MMC-dən şikayətlərə cavab:   “Sürücülərin buna icazəsi yoxdur” + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“BakuBus” MMC-dən şikayətlərə cavab: “Sürücülərin buna icazəsi yoxdur” + VİDEO

Sosial

13 İyun 2026 11:01 1107


Bakı-Saray istiqamətində hərəkət edən 508 nömrəli marşrut avtobusunda kondisionerin işləməməsi sərnişinlərin narazılığına səbəb olub. Saytımıza daxil olan şikayətlərdə bildirilir ki, xüsusilə günün isti saatlarında avtobusda sıxlıq yaranır, yüksək temperatur isə sərnişinlərin rahat hərəkətinə mane olur. Bəzi sərnişinlər sürücüyə etdikləri müraciətlərə “icazə verilmir” cavabının verildiyini iddia edirlər.

Məsələ ilə bağlı “BakuBus” MMC-dən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, müəssisənin istismarında olan bütün avtobuslar kondisioner sistemi ilə təchiz edilib:

“Yay mövsümünün başlanması ilə əlaqədar kondisioner sistemlərinin mərhələli şəkildə aktivləşdirilməsi prosesinə start verilib və 15 iyun tarixinədək bütün avtobuslarda tam rejimə keçid təmin olunacaq. Reqlament qaydalarına əsasən kondisionerlərin tam rejimdə istifadəsinə 15 iyun tarixindən etibarən keçid nəzərdə tutulsa da, hava şəraitinin isti keçməsi və sərnişin məmnuniyyətinin təmin edilməsi nəzərə alınaraq bu proses daha erkən mərhələdə həyata keçirilir”. Sezar pizza

Bildirilib ki, mərhələli keçidin məqsədi sistemlərin dayanıqlı fəaliyyətini təmin etmək və texniki riskləri minimuma endirməkdir:

“Kondisioner sistemində hər hansı nasazlıq aşkarlandıqda isə avtobus xəttdən çıxarılaraq texniki baxış və təmir üçün depoya göndərilir. Avtobuslarda kondisioner sistemlərinin işə salınması və idarə olunması mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu səbəbdən sürücülərin sistemi özbaşına aktivləşdirmək və ya söndürmək imkanları məhduddur”.

Qurum sürücülərin kondisioneri qəsdən işə salmaması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) də saytımıza açıqlama verilib.

Qurumdan bildirilib ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi xəbərdarlıq məktubları göndərilib:

“Daşıyıcılara avtobuslarda soyutma və havalandırma sistemlərinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi və sərnişinlərin rahatlığının təmin olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Qurumun məlumatına görə, havanın temperaturundan asılı olaraq bu sistemlərin işlək vəziyyətdə olması daşıyıcıların üzərinə qoyulan əsas tələblərdən biridir”.

Aytac Əliyeva

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!