Bartunun adından göndərilən mesajlar yayıldı -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bartunun adından göndərilən mesajlar yayıldı - Fotolar

Şou

16 İyul 2026 09:57 147


Kiberdələduzların hədəfinə çevrilmiş Zaur Kamalın ailəsi yazışmaları təqdim edib.

"Yeni Sabah" xəbər verir ki, bu dəfə fırıldaqçılar onun oğlu, ARB TV-nin aparıcısı Bartu Kamalın adından istifadə edərək tanınmış şəxsləri aldatmağa cəhd göstəriblər.

Naməlum şəxs Bartu Kamalın adından "WhatsApp" vasitəsilə bir neçə tanınmış şəxslə əlaqə saxlayaraq onlardan pul istəyib. Dördpendirli pizza

Yazışmalardan məlum olur ki, dələduz özünü Bartu kimi təqdim edərək ad günü münasibətilə hədiyyə sifariş etdiyini, lakin kartında kifayət qədər vəsait olmadığını bildirib. O, qarşı tərəfdən cəmi 110 manat borc istədiyini, həmin məbləği yarım saat sonra geri qaytaracağını vəd edib. Lakin mesajı alan şəxslər bu müraciətin saxta olduğunu anlayaraq pul köçürməyiblər.

Müğənni Kazım Can isə dələduza sərt reaksiya verərək, onun barəsində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət edəcəyini bildirib.

Paylaşılan görüntülərdən görünür ki, fırıldaqçı Bartu Kamalın fotosunu "WhatsApp Business" hesabında profil şəkli kimi yerləşdirib. Hesabın profil adı isə "baby on board" olaraq qeyd edilib. Həmçinin həmin nömrənin kontaktlarda qeydiyyatda olmadığı da görünür.

Əsmətxanım Rzazadə 

Yanıtla


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!