Yaponiyanın baş naziri Fumio Kişida ictimaiyyət qarşısında çıxış edən zaman yaxınlıqda partlayış baş verib.
Yenisabah.az NHK-yə istinadən xəbər verir ki, hökumət başçısı xəsarət almayıb, o, dərhal ərazidən uzaqlaşdırılıb.
Hadisə Yaponiyanın cənubundakı Vakayama şəhərində, Kişida çıxışına başlamağa hazırlaşarkən baş verib. Partlayış nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil. pizza hut
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hələlik dəqiq nəyin partladığı məlum deyil. "Kyodo" yazır ki, tüstü bombasına bənzəyən obyekt parlayıb. "Jiji" agentliyi yazır ki, boruya bənzər əşya atılıb, ardınca isə partlayış baş verib.
Telegram kanalımız