Baş nazir: “Yaponiya Rusiyaya qarşı sanksiyalara sadiq qalacaq”  

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir: “Yaponiya Rusiyaya qarşı sanksiyalara sadiq qalacaq”  

Dünya

03 Oktyabr 2022 12:08 663


Yaponiyanın baş naziri Fumio Kişida Tokionun Moskvaya qarşı sanksiyalar və Kiyevə dəstək siyasətini qətiyyətlə davam etdirəcəyini deyib.

“Yeni Sabah” xəbər verir ki, nazir bu barədə ölkə parlamentinin hər iki palatasının plenar iclasında çıxışı zamanı deyib. O, Rusiyanın Ukraynadakı hərəkətlərinin beynəlxalq nizamın əsaslarını sarsıtdığını deyərək oxşar vəziyyətin Asiya regionunda baş verə biləcəyindən narahat olduğunu bildirib.

"Ölkəmiz ətrafında, o cümlədən Şərqi Çin və Cənubi Çin dənizlərində təhlükəsizlik vəziyyəti sürətlə pisləşir. Ərazilərimizi, ərazi sularımızı və hava məkanımızı qorumaq üçün lazım olan müdafiə qabiliyyətini gücləndirmək əsas prioritet olub", - o əlavə edib. pizza mizza

Qeyd edək ki, cümə günü Rusiya prezidenti Vladimir Putin və DXR və LPR, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri onların Rusiyaya qoşulması haqqında müqavilə imzalayıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!