Flora Kərimovanın son vəziyyəti açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimovanın son vəziyyəti açıqlandı

Şou

24 Oktyabr 2026 17:16 104


85 yaşlı Xalq artisti Flora Kərimovanın səhhətində hazırda orta stabillik müşahidə olunur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Oxu.Az”a açıqlamasında sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.

Onun sözlərinə görə, Flora Kərimovanın müalicəsi davam etdirilir və o, mütəmadi olaraq həkim nəzarətində saxlanılır. pizza sifarişi

“Flora xanım mütəmadi olaraq həkim nəzarətindədir, dərmanlarını vaxtında qəbul edir, həmçinin 10 gündən bir onun qan analizi yoxlanılır. Vəziyyəti stabildir. Hələlik təmiz hava üçün bağ evində qalırıq, dekabrda şəhərə köçəcəyik”, – deyə Yaqut İmanova bildirib.

Köməkçi qeyd edib ki, Xalq artistinin hərəkət qabiliyyətində heç bir məhdudiyyət yoxdur.

Xatırladaq ki, bu il səhhətində yaranan problemlərlə əlaqədar Flora Kərimova xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətinə götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!