Minlərlə polis asayişi qorumaq üçün şəhərə göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Minlərlə polis asayişi qorumaq üçün şəhərə göndərildi

Dünya

24 Oktyabr 2026 17:32 109


Fransada keçirilən etiraz aksiyaları ilə əlaqədar 135 nəfər saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Loran Nunyes brifinq zamanı məlumat verib.

Nazirin sözlərinə görə, saxlanılanlarla bağlı tədbirlər zamanı metal şarlar, fişənglər, sapandlar, polad güllələr, əldəqayırma silah, katana və straykbol silahı da daxil olmaqla müxtəlif əşyalar müsadirə edilib. Sezar pizza

Nunyes bildirib ki, ölkə üzrə 136 aksiya qeydə alınıb. Halbuki ötən şənbə günü eyni vaxta qədər 264 aksiya keçirilmişdi. Onun sözlərinə görə, bu gün ictimai məkanlarda 35 min nəfər qeydə alınıb. Oktyabrın 17-də isə bu rəqəm 60 min olub.

Qeyd edək ki, Fransada ictimai asayişin qorunması üçün 70 min polis əməkdaşının cəlb ediləcəyi açıqlanıb. Lion şəhərində polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Bundan başqa, Orleanda oktyabrın 24-dən 26-dək müvəqqəti komendant saatı tətbiq edilib. Bu gün ölkədə “milli səfərbərlik” adlandırılan etirazların ikinci dalğasının keçirilməsi planlaşdırılıb.

Mümkün iğtişaşların qarşısını almaq məqsədilə bəzi şəhərlərdə, o cümlədən Marseldə aksiyalar qadağan edilib. Həmin şəhərdə ictimai nəqliyyatın fəaliyyətinin bir sutka müddətinə dayandırılacağı bildirilir. Parisdə isə 24 metro stansiyası bağlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!