FIFA Azərbaycana niyə üstünlük verdi? -   Deputatdan diqqətçəkən sözlər

saytların hazırlanması

Evə çatdırılma

FIFA Azərbaycana niyə üstünlük verdi? - Deputatdan diqqətçəkən sözlər

İdman

24 Oktyabr 2026 15:26 223


“Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmanın müxtəlif növləri üzrə Azərbaycanın çox yaxşı göstəriciləri var. Azərbaycanın idman ölkəsinə çevrilməsi isə hələ Azərbaycan Prezidenti Milli Olimpiya Təşkilatına rəhbərlik edən zaman bizim idman ölkə olmağımızın təməlləri atılıb. O vaxtdan bu vaxta qədər Azərbaycan çoxsaylı idman yarışlarına ev sahibliyi edibdir. Eyni zamanda Azərbaycan idmanın müxtəlif növləri üzrə olimpiya çempionları, dünya çempionları, Avropa çempionları yetişdirib”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, bu cür mötəbər tədbirlərin təşkilində ölkənin beynəlxalq nüfuzu, ölkədə sabitlik və təhlükəsizlik məsələləri üzərindən qiymətləndirilir:

  pizza mizza

“Hazırda isə Azərbaycanda futbolun inkişafına xüsusi diqqət yetirilir. Çünki ənənəvi klassik idman növləri ilə yanaşı Azərbaycanda kütləvi komanda oyunlarının da populyarlığı artmaqdadır. O cümlədən voleybolun, futbolun və digər oyunların. Buna görə də, FIFA U-15 Dünya Çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edərkən bir neçə qiymətləndirmə kateqoriyasına istinad edib. Bunlardan birincisi, bu cür qiymətləndirmələr ölkənin beynəlxalq nüfuzu, ölkədə sabitlik və təhlükəsizlik məsələləri üzərindən qiymətləndirilir. İkincisi, belə böyük idman yarışlarının təşkil olunması üçün infrastrukturların olub-olmaması öyrənilir, idman meydançalarının keyfiyyəti yoxlanılır və nəhayət üçüncüsü, ölkənin təşkilatçılıq bazarı və bacarığı nəzərə alınır”.

  pizza mizza

Deputat əlavə edib ki, turnirin təşkili futbolun Azərbaycanda daha da populyarlaşmasına xidmət edəcək:

“Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan sülh ölkəsinə çevrilib. Regional sülh gətirən ölkədir, təhlükəsizlik təminatı ən yüksək səviyyədədir və Azərbaycanda idmana qayğı var. Bütün bunlar hamısı Azərbaycan Prezidentinin idman siyasətinin, təhlükəsizlik və sülh siyasətinin nəticəsidir. Ona görə də, Azərbaycanda keçirilən bu tədbir əslində tarixi bir hadisədir. Bu, futbolun daha da populyarlaşmasına xidmət edəcəkdir. Onsuz da Azərbaycanda futbol çox sevilən oyunlardan biridir. Bu gənc nəslin idmana dünya görüşünün və idmana olan həvəsinin həm də artmasına gətirib çıxaracaqdır”.

Qeyd edək ki, FIFA-nın ilk dəfə təşkil edəcəyi və Azərbaycanda keçirilən U-15 Dünya Kuboku və Festivalında 187 ölkənin komandası iştirak edəcək. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən dörd minə yaxın gənc futbolçu, məşqçi və rəsmilər turnirdə iştirak edirlər. Yarışın açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!