Üçtərəfli danışıqların yeni məkanı elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Üçtərəfli danışıqların yeni məkanı elan olundu

Dünya

24 Oktyabr 2026 13:53 96


ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında növbəti danışıqlar raundu yaxın bir neçə həftədə Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər.

“Yeni Sabah” Sky News-a istinadla xəbər verir ki, bunu anonim qalmaq istəmiş ABŞ rəsmisi deyib.

Mənbənin sözlərinə görə, danışıqların məqsədi nəticədə 3 ölkənin liderləri səviyyəsində görüş təşkil etməkdir. Lakin buna nail olmaq üçün hələ çox iş görülməlidir. pizza mizza

Əvvəllər Ukrayna Prezidenti Vladimir Zelenski Əbu-Dabidə üçtərəfli danışıqların gözlənildiyini bildirmişdi.

Onun sözlərinə görə, Ukrayna güclü ordu, silahlı qüvvələrə ən azı 10 il maliyyələşdirmə və ölkənin yenidən qurulmasına dəstək də daxil olmaqla, bir sıra təhlükəsizlik zəmanətlərində israr edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!