Bir çox evdə var: Bununla bağlı yeni   QƏRAR VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Bir çox evdə var: Bununla bağlı yeni QƏRAR VERİLDİ

Sosial

24 Oktyabr 2026 17:01 244


Məişət alışqanlarının təhlükəsizliyinə dair AZS ASTM F2201-2025 standartı müəyyən edilib.

“Yeni Sabah” xəbər verir ki, standart qril və kamin alışqanları, alovlandırma çubuqları, qaz kibritləri və digər alov əmələ gətirən məişət alışqanlarını əhatə edir.

Sənədə əsasən, standartın əsas məqsədi məhsulların normal istifadəsi və əvvəlcədən proqnozlaşdırıla bilən yanlış istifadə halları zamanı yarana biləcək təhlükələri minimuma endirməkdir. Bununla belə, standartın bütün təhlükələri tamamilə aradan qaldırmadığı qeyd olunur. pizza

Standartın tətbiq dairəsinə kibritlər, eləcə də siqar, qəlyan və siqaret yandırmaq üçün nəzərdə tutulan alışqanlar daxil deyil.

Sınaq üsullarının tətbiqinə başlamazdan əvvəl təhlükəsizlik və normativ tələblərin müəyyənləşdirilməsi isə standartı tətbiq edən tərəfin məsuliyyətinə aid edilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!