“Cənab Prezident Respublika Olimpiya Komitəsinin sədri təyin olunan vaxtdan Azərbaycanda idman çox sürətlə inkişaf etməyə başladı. Bu gün də bu inkişaf davam edir. O ki qaldı bu beynəlxalq idman oyunlarının Azərbaycanda təşkil olunmasına, Azərbaycana, yəni etibar, etimad göstərilməsinə, bu, elə-belə deyil. İlk növbədə təhlükəsizlik məsələsidir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O bildirib ki, beynəlxalq tədbirlərin keçirilməsi, o cümlədən beynəlxalq səviyyəli idman oyunlarının, çempionatların təşkil olunması Azərbaycana olan etibarın təzahürüdür: Dördpendirli pizza
“Təhlükəsizlikdən sonra əsas məsələ nədir? Bu oyunların keçirilməsi üçün lazımi şəraitin yaradılması, mühitin olması, yəni idman oyunlarının keçirildiyi yerlər, stadionlar, müxtəlif mərkəzlər və sairə. Qalacaq məsələsi, təminat məsələsi, bunların hamısı əsas şərtlərdəndir. Azərbaycanda bu, bir növ adət halını alıb.
Yəni Azərbaycan həm əhalisinin sayına görə, həm ərazisinə görə dünya çapında o qədər də böyük dövlət deyil, ancaq bu qədər beynəlxalq tədbirlərin keçirilməsi, o cümlədən beynəlxalq səviyyəli idman oyunlarının təşkil olunması, çempionatların təşkil olunması bu Azərbaycana olan etibarın təzahürüdür. Eləcə də FIFA U-15 Dünya Çempionatının.
Qeyd elədiyim kimi, yenə təkrar edirəm: təhlükəsizlik məsələləri, oyunların təşkil olunmasını bacarmaq məsələsi, təminat məsələləri, bunlar hamısı Azərbaycanda yüksək səviyyədə təşkil olunur. Bax, bu səbəbdən də Azərbaycana etimad göstərilir və bu oyunlar Azərbaycanda keçirilir”.
Qeyd edək ki, FIFA-nın ilk dəfə təşkil edəcəyi və Azərbaycanda keçirilən U-15 Dünya Kuboku və Festivalında 187 ölkənin komandası iştirak edəcək. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən dörd minə yaxın gənc futbolçu, məşqçi və rəsmilər turnirdə iştirak edirlər. Yarışın açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.
Nazim Hacıyev
Telegram kanalımız