Baş Prokurorluqdan valideynlərə XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluqdan valideynlərə XƏBƏRDARLIQ

Sosial

04 Dekabr 2023 17:51 930


Baş Prokurorluq uşaqların icbari dispanserizasiyası ilə bağlı qanuni nümayəndələrə xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun paylaşdığı məlumatda bildirilib.

Uşaqların icbari dispanserizasiyasının məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, uşaqlar arasında xəstələnmə, əlilliyin, ölümün səviyyəsinin azaldılması, uşaqların xəstəliklərdən qorunmasından ibarətdir. Toyuqlu pizza

Dispanserizasiyadan keçiriləcək uşaqlara tibbi xidmətin həcmi və keyfiyyət standartlarının (beynəlxalq tələblərə uyğun) təsdiq edilməsinə, dispanserizasiyadan keçiriləcək uşaqların registrinin yaradılması və onun aparılmasına, hər il uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsinə, uşaqlar arasında xəstəliklərin səbəblərinin erkən aşkar edilməsi və onların aradan qaldırılması üzrə sosial, sanitariya-gigiyena, epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinə təminat verilir.

Uşağın qanuni nümayəndəsi tərəfindən aşağıda qeyd olunanlara riayət edilməməsi inzibati məsuliyyətə səbəb olur:

- dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməməsi,

- həkimin çağırışı ilə uşağın aidiyyəti tibb müəssisəsinə gətirilməməsi,

- daimi yaşayış yerini dəyişdikdə, ərazi üzrə tibb müəssisəsinə uşağın uçota alınması üçün 1 ay müddətində müraciət edilməməsi.

Bu əməlləri törədən müvafiq şəxslər barəsində xəbərdarlıq və ya cərimə növündə inzibati tənbeh tətbiq edilir.

Qeyd edək ki, uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!