“Başdaşına qadınların açıq-saçıq şəklini vurmaq olmaz, onlar günaha batır”

saytların hazırlanması

Evə çatdırılma

“Başdaşına qadınların açıq-saçıq şəklini vurmaq olmaz, onlar günaha batır”

Sosial

06 Mart 2023 15:29 3412


“Toppuş bacı” ləqəbi ilə tanınan mərhum Əməkdar artist Tünzalə Əliyevanın məzarüstü abidəsi müzakirələrə səbəb olub. Başdaşında şəklinin yoxluğu çoxlarında təəccüb və etiraz doğurub.

Dünyasını dəyişən insanların məzarüstü abidələrində rəsmləri olmalıdırmı? Yoxsa İslamda bununla bağlı hər hansı bir qadağa var?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Təyyar Hüseynli deyib ki, bir insanın xatirəsini möhtərəm bilmək, dəyərləndirmək vacibdir: pizza hut

“Bu, Yaradandan göstərişdir ki, insanlar daim bir-birinə dəyər verməyi bacarsın. İstər sağlığında, istərsə də haqq dünyasına qovuşduğu zaman. İnsan ölüb gedirsə, o demək deyil ki, onun xeyriyyə naminə gördüyü işləri, yaxşılıqları unudasan.

Ədalətli insan daim başqasına dəyər verməyi bacarır. Axirət dünyasına köçən insanı paklamaq, ağ parçaya bükmək, onu dərin hörmət və ehtiramla digər canlılardan fərqləndirmək kimi özəlliklər İslam dünyasının bizə bəxş etdiyi ayinlərdir.

Qadınların məzar daşına foto qoymaq iddiasına gəlincə, zərif cinsə qarşı hər zaman mühafizəkar davranış göstərilib. Onlar kişilərə nisbətən daim müqəddəs, uca tutulub.

Əvvəlki zəmanənin xanımlarına baxsaq onların o dövrdə necə də xanım-xatun olması göz önünə çarpacaq. Məhz bu özəlliklər qadınları daim kişilərdən fərqləndirib.

Qurani-Kərimdə də qadınlara aid xüsusi bir surə var. Sadə məntiqlə, başdaşında foto qoyularkən qadına aid ələ düşən hər şəkli, tutalım, açıq-saçıq fotonu həkk etdirmək olmaz. Məzar daşına sanki əyləncə gecəsinə gedirmiş kimi geyinən qadınların şəklini vurmaq, hətta mərhumun bu sayaq heykəlini düzəltmək məqsədəuyğun deyil, Allah tərəfindən də qadağa edilmiş bir haldır.

Bu cür şəkilləri məzar daşlarına yerləşdirənlər ölənin də günaha batmasına səbəb olur. Dirilər düşünürlər ki, sağlığında belə yaşayıbsa, qoy öləndə də belə olsun. 

O ki qaldı kişilərin məzarına foto qoyulmamasına, ad yazılıbsa, şəkil vurmağın nəyi günahdır? Bunu hansı mütəxəssis günah hesab edə bilər? Olduqca məntiqsiz bir şeydir”. 

Həcər ƏMİRASLANLI 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!