Başımıza keçirilən torba

saytların hazırlanması

Evə çatdırılma

Başımıza keçirilən torba

Sosial

25 Aprel 2022 15:00 807


İctimai fəal Bəxtiyar Hacıyevin başına torba keçirənlərin tapılıb-tapılmayacağını bilmirəm. Tapılmamaq ehtimalı daha inandırıcı görünür. Amma hüquq mühafizə orqanları istəsə, yarım saatın içində tapa bilər. 

Sosial şəbəkədə yazdığı fikirlərə görə kiminsə başına torba keçirib üstünə idrar etmək iyrəncdir. Bunun arxasında başqa səbəblərin olub-olmadığını bilmirəm. Hər şey ola bilər. Amma 3 gündür yayılan xəbərlər ondan ibarətdir ki, Hacıyevin başına gələnlər yalnız Facebookda yazdıqlarına görədir. Hələlik alternativ fikir, arqument yoxdur. Gələcəkdə ola bilərmi? Mümkündür. İllər əvvəl “Azadlıq” qəzetinin əməkdaşının zeytunluqda döyülməsi, sonra hüquq mühafizə orqanlarının bu hadisənin arxasında cinsi azlıq məsələsinin olduğunu iddia edərək ictimailəşdirilməsi yadımızdan çıxmayıb.

Azərbaycan demokratik ölkədir. Konstitusiyada belə yazılıb. Və elə o Anayasaya görə də heç kim fikrinə görə təqib oluna bilməz. Hacıyevi kim paketləyib Ramanıya aparıb? Məncə, ölkə rəhbərliyi bununla bağlı tapşırıq versə, işıq sürəti ilə hadisənin arxasında dayananlar ifşa olunacaq. Pepperoni pizza

Yeri gəlmişkən, Azərbaycanda Prezident qədər tənqidə dözümlü şəxs bəlkə də yoxdur. Yaxın və uzaq keçmişdə onun haqqında mediada, sosial şəbəkədə yazılan ən kəskin tənqidləri yadınıza salın. İlham Əliyev həqiqətən də bu kimi məsələlərdə özünü lider kimi aparır. Mən belə dözümlülüyü nə məmurlarda, nə də müxalifət liderlərində görmüşəm. 

Amma elə məmurlar var ki, onlar həm şəxsiyyət, həm də səlahiyyət baxımından İlham Əliyevdən min dəfə aşağıdadırlar. Di gəl, onları tənqid etmək həyatınla risk etmək qədər təhlükəlidir. Onlar toxunulmazdır. Tənqid edərsən, başına torba keçirib Ramanıya apararlar və üstünə işəyərlər. Əslində, İlham Əliyev tənqidə dözümlülük nümunəsi göstərməklə həmin məmurlara da dərs keçir. Amma onlar bu dərsdən nəsə anlayırlarmı?! Görünən odur ki, yox!

Bu torba təkcə Bəxtiyarın başına keçirilən torba deyil. Bu torba hər birimizin başına keçirilib, gözlərimiz “skoç”lanıb. Özümüzü bir az da pis aparsaq, ağzımızı da “skoç”laya bilərlər. Nəfəs yolumuz kəsilər, gözümüz kəlləmizdən çıxar.

Ona görə də bu yazıda ad çəkmirəm. Gözümün kəlləmdən çıxmasını istəmirəm. 

Əslində, ölkəmizdə ümumi tənqid təhlükəsizdir. Ünvansız tənqid heç kimi narahat etmir. Çünki bundan heç kim özü üçün pay götürmür. Elə bilir ki, bu ona aid deyil. Amma ünvanlı tənqid yuxarıda dediyim bir haldan başqa çox risklidir. Səni arvad-uşağın yanında tursik-maykada apararlar, Ramanı sənə cənnət kimi görünər.

Bizdə “torba tikmək” ifadəsi var. Coğrafiyamızda torba tikənlərə bir qıram da hörmət yoxdur. “Torba sexi”ndə işləyənlər də bunun belə olduğunu bilir. Hətta bir gün özlərinin də bu torbaya düşəcəklərinə əmindirlər. Amma nə fayda?!

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!