Almaniyanın "Bavariya" klubu heyətini yeni ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.
“Yeni Sabah” xəbər verir ki, münhenlilər "Nottingem Forest"ın lideri və İngiltərə millisində çıxış edən yarımmüdafiəçi Morqan Gibbs-Vaytı transfer etmək üçün əsas namizədlər siyahısındadır.
Keçid baş tutacağı təqdirdə, 26 yaşlı yarımmüdafiəçi milli komandadan komanda yoldaşı Harri Keynlə Almaniyada yenidən bir araya gələ bilər. Ancaq transfer heç də asan başa gəlməyəcək. "Nottingem Forest"ın sahibi Evangelos Marinakis ötən yay futbolçunun "Tottenhem"ə keçidinin qarşısını alıb. Şərtsiz rəhbərin Gibbs-Vayt üçün kifayət qədər böyük transfer məbləği tələb edəcəyi gözlənilir. pizza sifarişi
Nazim Hacıyev
Telegram kanalımız