Bayden sanksiyaların müddətini uzatdı

saytların hazırlanması

Evə çatdırılma

Bayden sanksiyaların müddətini uzatdı

Dünya

09 May 2023 10:05 509


ABŞ Prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiyaları daha bir il uzatmaq qərarına gəlib.

Yenısabah.az xəbər verir ki, söhbət 2004-2012-ci illər ərzində Vaşinqtonun Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə saxlanılmasından gedir. Bu məhdudiyyətlər, xüsusilə, ABŞ-ın yurisdiksiyasında olan bəzi fiziki və hüquqi şəxslərin aktivlərinin bloklanmasını, habelə Amerika mallarının və xidmətlərinin müəyyən kateqoriyalarının Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.

Sənəddə qeyd edilir ki, Suriya rejiminin hərəkətləri “ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün” təhlükə yaradır. Bununla əlaqədar 2004-cü il mayın 11-də elan edilmiş fövqəladə vəziyyət və görülən tədbirlər “11 may 2023-cü ildən sonra da dah 1 il davam etdirilməlidir”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!