ABŞ prezidenti Co Baydenin təyyarəsi Yaponiyanın Yamaquçi prefekturasının İvakuni şəhərindəki Amerika aviabazasına enib.
Yenisabah.az NHK-yə istinadla xəbər verir ki, prezident G7 sammitinin keçiriləcəyi qonşu Xirosima prefekturasına gedəcək.
Baydenin sammitdən əvvəl Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqlar aparacağı gözlənilir. Sezar pizza
Bundan əvvəl ABŞ prezidentinin müşaviri Ceyk Sallivan məlumat vermişdi ki, görüşdə liderlər xüsusilə hərbi, iqtisadi və enerji sahələrində əməkdaşlığı müzakirə edəcəklər.
G7 sammiti mayın 19-21-də keçiriləcək.
Sammitin təhlükəsizliyini 24 minə qədər polis təmin edəcək.
Telegram kanalımız