Bayram günləri rayonlara səfər edənlər üçün vacib xəbər

saytların hazırlanması

Evə çatdırılma

Bayram günləri rayonlara səfər edənlər üçün vacib xəbər

Sosial

31 Dekabr 2023 10:36 508


Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) paytaxtdan bölgələrə gedən sürücülərə çağırış edib. 

İdarədən Yenisabah.az-a verilən məlumata görə, bütün şəxsi heyəti gücləndirilmiş formada yollarda hərəkəti tənzimləyir.

"Bu gündən etibarən paytaxtdan bölgələrə doğru böyük avtomobil axının olması nəzərə alınaraq DYP-nin bütün şəxsi heyəti yollarda hərəkətin tənzimlənməsinə cəlb edilib. Pepperoni pizza

Bütün bu tənzimləmələrə baxmayaraq bəzi yollarda yenə də sıxlıq müşahidə edilir. Bu səbəbdən bütün sürücülərdən xahiş olunur yolda tələskənliyə yol verməsinlər, sürət həddinə xüsusilə ciddi əməl etsinlər və yol hərəkəti qaydalarını pozmasınlar", - məlumatda qeyd olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!