İstirahət və Fitr bayramı günlərində gözlənilən hava şəraiti açıqlanıb.
Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, aprelin 30-u gündüz, mayın 1-də Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq. Havanın temperaturu 20-24°-dək isti olacağı gözlənilir. pizza sifarişi
Mayın 2-3-də isə havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enərək 18°-yə yaxın olacaq. Güclü şimal-qərb küləyinin maksimal sürəti bəzi ərazilərdə arabir 23-28 m/s-yə çatacaq.
Respublikanın bölgələrində də hava şəraiti yağıntılı olacaq.
Telegram kanalımız