Bayrama kimi sosial ödənişlərin verilməsi yekunlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bayrama kimi sosial ödənişlərin verilməsi yekunlaşdırılacaq

Sosial

15 Mart 2022 10:16 401


Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının ödənişini bu həftə yekunlaşdıracaq.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar mart ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayrama qədər ödənilməsi planlaşdırılır.

Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır. pizza hut

Qeyd edək ki, ötən həftə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!