Bazar günü hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Bazar günü hava necə olacaq?

Sosial

04 Sentyabr 2021 13:01 896


Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.  pizza sifarişi

Havanın temperaturu gecə 18-20° isti, gündüz 26-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. 

Atmosfer təzyiqi  norma daxilində 761 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət  gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti     

Şimal-şərq küləyi  gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 05-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°  isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz  18-23° isti olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!