Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün BB vəzifə qrupuna aid inzibati vəzifələr üzrə martın 17-də test imtahanında iştirak edən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Yenisabah.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, buraxılış vərəqəsini çap etmək üçün bu linkə daxil olmaq lazımdır.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Dördpendirli pizza
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Martın 17-də keçiriləcək digər vəzifə qrupları (AB,AC,BA) üzrə olan imtahanlar, həmçinin inzibati rəhbər vəzifələr (A növü) üzrə dövlət qulluğuna qəbul imtahanı isə kompüter vasitəsilə Bakı ş., Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (5 saylı tədris binası) ünvanında keçiriləcək. Kompüter vasitəsilə ilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər.
Telegram kanalımız