Ölkəmizdə daha çox taksi xidmətində istifadə olunan və texniki davamlılığı ilə tanınan “Toyota” markasının “Prius” modelinin yeni kuzovlarına tələbat xeyli artıb.
“Yeni Sabah” xəbər verir ki, dünyada “Prius V” kimi tanınan və sözügedən modelin “minivan”(MPV) ban növü olan maşınlar daxili bazara son zamanlar ayaq açıb. Ənənəvi XW20 və XW30 (20 və 30 kuza kimi tanınan) modellərindən fərqli olaraq, baqaj yükgötürmə qabiliyyəti daha iri olan “Prius V” modeli yanacaq sərfiyyatı baxımından da xeyli sərfəlidir. Digər “Prius”larda olduğu kimi daxili yanma mühərriki və hibrid batareyadan ibarət olan “Prius V” seqmentinin alıcıları isə kifayət qədər çoxdur.
Buraxılış ili və yürüş məsafəsinə (probeq) görə müxtəlif qiymətlərə təklif olunan “Prius V” modelinin ortalama satış dəyəri 12-25 min manat aralığında dəyişir. Dominos pizza
Bu modelin yaxın gələcəkdə daxili avtomobil bazarının liderləri ilə ciddi rəqabət aparacağı şübhə doğurmur.
Nazim Hacıyev
Telegram kanalımız